Fərzalı Ziyanur Tənhalıq
hər zaman qəlbimə sirdaş,
Mən
tənha olanda özüm oluram.
Duyğular
qoynuna alanda məni,
Şerimdə
qafiyəm, sözüm oluram.
* * *
Xəyalən
gəzirəm söz çəmənlərin,
Sözlərdən
özümə çələng hörürəm.
Saf-çürük
edəndə etdiklərimi,
Pisi
bir, yaxşını iki görürəm.
* * *
Mən
tənha olanda dost axtarmıram,
Özümə
ən yaxın özüm oluram.
Bölürəm
sevinci, dərdi özümlə,
Hərdən
boşalıram, hərdən doluram.
* * *
Baxıram
keçdiyim ömür yoluma,
Görürəm
arxada qalıbdı gənclik.
Tənhalıq
kimsəyə işgəncə, əzab,
Tənhalıq
mənimçün sakitlik dinclik.
* * *
Tənhalıq
hər zaman qəlbimə sirdaş,
Mən
tənha olanda özüm oluram.
Duyğular
qoynuna alanda məni,
Şerimdə
qafiyəm, sözüm oluram.
|