Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan (Nizami Gəncəvi)
Bu misralar əsas onu ifadə edir ki, arzuladığın yox, bacardığın işlə məşğul ol! Eyni zamanda misralardan o da görünür ki, papaqçılıqla palançılıq arasında böyük səviyyə fərqi var. Ona görə də, "papaqçılığın” öhdəsindən gələ bilən adamın - "kamil palançılıq Nizami babamın tövsiyə etdiyi peşədir” - deyib, "palançı” olmağa üz tutması ən azından öz istedadına, bacarığına hörmətsizlikdir.
Düzdür, insan istedadlıdırsa, hansı peşəni seçməyindən asılı olmayaraq, olduğu yerdə seçiləcək. Ancaq seçdiyi peşə sırf ona uyğun olsa, istedadının "at çapmaq üçün meydanı” daha geniş olar. Papaqçılıq və palançılıq müqayisəsi ilə bağlı olmasa da, düşünürəm ki, Paşa Qəlbinur, Ferhat Göçer əvvəldən həkim yox, özlərinə daha yaxın peşəni seçsəydilər nələr edərdilər?!
Son zamanlar yüksək bal toplayaraq ali məktəbə qəbul olan bəzi abituriyentlərin ixtisas, peşə seçiminə di
... ardını oxu »