Şənbə, 23.11.2024, 23:09

Yaza doğru...

Ana səhifə | Qeydiyyat | Giriş
Arxiv
Təqvim
«  Fevral 2012  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
272829
Sayğac

Ümumi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Ana səhifə » 2012 » Fevral » 11 » KAMİL PALANÇI OLMAĞIN BƏDBƏXTLİYİ
16:23
KAMİL PALANÇI OLMAĞIN BƏDBƏXTLİYİ
Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan (Nizami Gəncəvi) 

Bu misralar əsas onu ifadə edir ki, arzuladığın yox, bacardığın işlə məşğul ol! Eyni zamanda misralardan o da görünür ki, papaqçılıqla palançılıq arasında böyük səviyyə fərqi var. Ona görə də, "papaqçılığın” öhdəsindən gələ bilən adamın - "kamil palançılıq Nizami babamın tövsiyə etdiyi peşədir” - deyib, "palançı” olmağa üz tutması ən azından öz istedadına, bacarığına hörmətsizlikdir.

Düzdür, insan istedadlıdırsa, hansı peşəni seçməyindən asılı olmayaraq, olduğu yerdə seçiləcək. Ancaq seçdiyi peşə sırf ona uyğun olsa, istedadının "at çapmaq üçün meydanı” daha geniş olar. Papaqçılıq və palançılıq müqayisəsi ilə bağlı olmasa da, düşünürəm ki, Paşa Qəlbinur, Ferhat Göçer əvvəldən həkim yox, özlərinə daha yaxın peşəni seçsəydilər nələr edərdilər?!

Son zamanlar yüksək bal toplayaraq ali məktəbə qəbul olan bəzi abituriyentlərin ixtisas, peşə seçiminə diqqət etmişəm. Siz də diqqət edin, yəqin mən keçirən hissləri keçirəcəksiniz. Bir qayda olaraq bu qəbildən olan əksər abituriyentlər perspektivi istedadlarına uyğun olmayan ixtisaslar seçir. Ötən il Azərbaycanın şimal regionundan 670-dən yuxarı bal toplayan abituriyentlərlə söhbət etdim. Biri "Neftqayırmada mühəndis” olacağını dedi. Mənə bir az qəribə gəlsə də, uğurlar arzulamaqdan başqa çarəm qalmadı. İkinci qəhrəmanımız isə inşaatçı olacağını dedi. "Loru dildə” soruşdum ki, "axı universiteti bitirəndən sonra peşənin adı nə olacaq”. "Prorab”, - deyə cavab verdi.

Bu bəlkə də əməyə əziyyətə israfçılıqdır. 684 bal toplayıb ali məktəbə qəbul olasan, 4 il universitet oxuyasan, sonda da "prorab” olasan! Bu imkanların şüurlu surətdə məhdudlaşdırılmasıdır. Axı potensiallı insan perspektivli sahədə daha irəli gedə bilər. Müqayisə üçün deyim ki, 11 illik məktəb həyatında savadı mənimlə yalnız 8 il bir "parta” arxasında oturmağa çatan sinif yoldaşım da "prorab”dır. Hətta Qusarda inşa olunan orta məktəb binalarından ikisinin iş icrasına o nəzarət edir.
Ali məktəbə 678 balla daxil olan sonuncu həmsöhbətimlə dialoqdan sonra qəti qərara gəldim ki, ən azından bu mövzuda bir köşə yazacam. Çünki o, "hansı ixtisası seçmisən” sualıma, "stomatoloq” cavabını vermişdi. Bu cavabdan dərhal sonra yadıma kəndçimiz Ayişə xala düşdü. Orta məktəb üzü görməyən Ayişə xala 28 il kəndimizdə stomatoloqluq edib. Düzdür, bəzən xəstələrin azı dişləri ilə bərabər çənələrini də çıxarırdı. Ancaq çənə taxmaq bacarığı da olduğundan, problem böyümürdü.

Lazımsız peşə, sənət yoxdur. Hər sahənin öz özəllikləri və savadlı kadrlara ehtiyacı var. Ancaq reallıq budur ki, "kamil palançı” olmağı 250-300 bal toplayan abituriyentlər də bacarar. Əgər 700 bal toplayan, yəni tədris olunanların 100%-ni mənimsəyənlər də "mahir palançı”lığı seçirsə, bəs "kamil papaqçı”larımız kim olacaq?

Sərdar Tağıyev



Oxunub: 1613 | Əlavə etdi: Serdar | Reytinq: 2.0/1
Bütün şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Design by: CT © 2024




Бесплатный конструктор сайтов - uCoz