Saatlı bomba ürəyi ilə döyünürsə divar saatında vaxt
Darıxma, sıxılma, üzülmə…
Nəsə elə dostum, nəsə elə…
(Qismət)
Sən güzgüyə baxırsan, güzgüdən sənə qəmli biri baxır?
Qəm yemə o sən deyilsən!
Güzgü insanın əksini göstərir.
İnanmırsan?
Onda bircə bu gün dünyaya güzgüdə bax!
Güzgüdə dünya düzəlib əməlli
Tap dostum, tap təsəlli!
Axı, nə vaxatdadək liftləri çağıracaqsan
ən uca göydələnlərin damına çıxacaqsan?
Qalxıb şəhərin ən "səviyyəli” sakinlərinin üstünə
tüprəcəksən Bakının üzünə?
Aldatmır səni həyat?
sən də aldat!
Bir az fırlat liftləri!
Çağır gəlsinlər, minmə onlara!
məqsədin özünə bəlli
Tap dostum, tap təsəlli…
Bu gün göydələnlərə o məqsədlə qalxma!
Cin atından düşmək məqsədilə qalx!
Oradan Bakıya burnunu dənizə də soxan "zırıltı” kimi baxma!
Xəzərdən su içən
...
ardını oxu »