Şənbə, 23.11.2024, 22:45

Yaza doğru...

Ana səhifə | Qeydiyyat | Giriş
Arxiv
Təqvim
«  Yanvar 2012  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Sayğac

Ümumi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Ana səhifə » 2012 » Yanvar » 22 » Təsəlli
21:18
Təsəlli
Saatlı bomba ürəyi ilə döyünürsə divar saatında vaxt
Darıxma, sıxılma, üzülmə…
Nəsə elə dostum, nəsə elə…

(Qismət)

Sən güzgüyə baxırsan, güzgüdən sənə qəmli biri baxır?
Qəm yemə o sən deyilsən!
Güzgü insanın əksini göstərir.
İnanmırsan?
Onda bircə bu gün dünyaya güzgüdə bax!
Güzgüdə dünya düzəlib əməlli
Tap dostum, tap təsəlli!

Axı, nə vaxatdadək liftləri çağıracaqsan
ən uca göydələnlərin damına çıxacaqsan?
Qalxıb şəhərin ən "səviyyəli” sakinlərinin üstünə
tüprəcəksən  Bakının üzünə?
Aldatmır səni həyat?
sən də aldat!
Bir az fırlat liftləri!
Çağır gəlsinlər, minmə onlara!
məqsədin özünə bəlli
Tap dostum, tap təsəlli…

Bu gün göydələnlərə o məqsədlə qalxma!
Cin atından düşmək məqsədilə qalx!
Oradan Bakıya burnunu dənizə də soxan "zırıltı” kimi baxma!
Xəzərdən su içən qartal kimi bax!
Bircə bu gün neftə babalarının yeməyib getdiyi balıqların qalıqları kimi baxma!
Zəlzələ yaradan, dənizin qanını qaraldan zibil kimi bax
ay dəlilərin dəli sandığı dəli
dostum, tap təsəlli…

Niyə otağının divarında qəm çəkənlərə aid bir şüar yazmırsan:
NO SMOKİNG!
Sən mədəniyyətlisən qadağaları pozmursan!
Bu da sənə dopinq

Nə olsun ki, bəxtin yalnız bədbəxtlikdə "gətirir”!
Bədbəxtliyi bəxtsiz gəlin edib barmağına üzük taxa bilərsən.
Nə olsun ki, Bakı yavaş – yavaş kişiliyini itirir
İndi ona arzularının qadını kimi baxa bilərsən.
Yalnış da bir naxşıdı. Dədən deyib, bəli.
Tap dostum, tap təsəlli…

Oxunub: 930 | Əlavə etdi: Serdar | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Design by: CT © 2024




Бесплатный конструктор сайтов - uCoz