Bazar, 24.11.2024, 00:49

Yaza doğru...

Ana səhifə | Qeydiyyat | Giriş
Arxiv
Təqvim
«  Dekabr 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Sayğac

Ümumi: 2
Qonaqlar: 2
İstifadəçilər: 0
Ana səhifə » 2011 » Dekabr » 22 » “Zorlamayın” şairləri!
06:47
“Zorlamayın” şairləri!

Sol yumruğu başından yekə şair dostlarıma həsr edirəm

 
Bəlkə də ən böyük arzuları bal arısını öpməkdi
Bir şıltaq qız dilindən şeirlərini eşitmək onlarçün xoşbəxtlikdi.
Nəyi var bu yetimlərin?
Qürurludurlar?
Yalandı.
Qürurları bir cüt ala göz qarşısında aciz qalandı.
Düşüncələri anormal olsa da, normal qucağa ehtiyacları var.
Nəyi olmasa da ehtiyacları var,
Şair olan gündən ailələrinə xəyanət ediblər.
İndi toxunduqları yerdən "hamilə” qalırlar.
Sonra şeirlərini sakitlikdə "doğurlar”.
Eynən bioloji doğuş kimi
Ahlarını pıçıltılarla boğurlar,
Bu zaman heç də analardan az əziyyət çəkmirlər,
Ana bətnində gəzdirdiyi tək onlar da qəlbində gəzdirir böyüdür şeirlərini.
Mamaçaları qaranlıq gecələr.
Bəzilərinin şikəst doğulacağından qorxub çarəni "obort”da görürlər,
Onları Feysbuk qəbirstanlığında status qəbirlərində gömürlər.
Birini sağlam doğurlar, birini xəstə,
Biri bir əsr yaşayır, biri bir həftə.
Hə, övladlarının atası da var: Cəmiyyət.
Odur ki, "zorlamayın” şairləri
ki, övladlarının adı olmasın Əziyyət, Xəyanət, Nifrət!
Olsun Duyğu, Sevgi, Əmanət. 

                                                Sərdar Tağıyev 12. 2011

Kulis.az

Oxunub: 649 | Əlavə etdi: Serdar | Reytinq: 5.0/1
Bütün şərhlər: 4
0  
4 seadet   (02.12.2012 23:53) [Yazı]
şəlalə göytürk sən DİNSİZ İMANSIZsan

0  
3 Man   (13.01.2012 02:44) [Yazı]
Qəribədir, zorlamağı bacaran impotent!
Bəlkə də impotentə ən böyük komplement.

0  
2 Şəlalə Göytürk   (10.01.2012 02:51) [Yazı]
Humanist.Düşündürücü.Emosional.Qəlibsiz.Redaktəsiz.
O şeirlərin atası heç də cəmiyyət deyil.
Cəmiyyət impotentdir.

0  
1 Azad Qaradərəli   (22.12.2011 18:03) [Yazı]
Salam. Şeirinizə Kulisdə rast gəldim. Xoşuma gəldi.
Mən yeni nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktoruyam. Tanış olmaq istəsəniz, dərgimiz qəzet köşklərində və Bakıdakı metroservisin köşklərində satışdadır. Bunu yazmaqda məqsədim odur ki, bizim dərgiyə bir dəst - on, on beş ədəd şerinizi göndərin, çap edək. (təəssüf ki, hələ dərgimizin elektron variantı hazır deyilĞ

Azad Qaradərəli

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Design by: CT © 2024




Бесплатный конструктор сайтов - uCoz