Bazar, 24.11.2024, 00:38

Yaza doğru...

Ana səhifə | Qeydiyyat | Giriş
Arxiv
Təqvim
«  Dekabr 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Sayğac

Ümumi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Ana səhifə » 2011 » Dekabr » 2 » “Xalat”lanmış gəlin
02:39
“Xalat”lanmış gəlin

Ay dodaqları göyərmiş, üzü ağarmış üzüqara qız

Ərli yalqız!

Pullunu, çullunu seçən miskin!

Xalatla "xalat”lanmış gəlin!

Qızılla "xalta”lanmış gəlin!

Hardadı pullu ərin?


Pulların əridir başqa qadınlarla

Sənin xalat altında ürəyin

çırpınır,

xalat altında daha nəyin

qalır?

Ər yumruğunun həmkarı olan böyrəyin

gözaltlarını qaraltmağla məşğul.

Qəşəng güllü xalatın var.

Sən xalatsan yoxsa gəlin?

Daha nəyin var sənin?

Qayınatan var: Kasıb atanın, zəif qız böyütdüyünüə görə böyüyünü söyür hər gün.


Qaynanan var: Onun şikayətlərinə görə ərin səni döyür hər gün

(Ərinin sənə yalnız buna görə əli dəyir hər gün)

Bir də peşmaçılığın çəkdiyin kasıb oğlan simasında qalan ilk məhəbbətin!

O da təkcə yuxuna girir hər gün

Deyir:

"Aç "xalta”nı, intihar eləmə!

Gəl qucaqlayım səni!

Tutum hərarətini itirən əlllərini


öpüm qaralmış gözlərini,

təbəssümə ehtiyacı olan yanaqlarını,

ehtiyyacını unudan dodaqlarını

Özünü mənə layiq bilmədiyindən usananma!

Necə ki bir vaxt məni özünə layiq bilmədiyində, etməmişdin

Gəl, xəcalət çəkməyəsən deyə bəzən kobud davranaram səninlə!

 

Xalat geyməzsən əyninə, ötənlər gəlməsin deyə beyninə

Xaltalamaram səni, bunu istəsəm də bacarmaram

Baltalamaram səni bunu istəsəm də bacarmaram.


Unudub olanları sıxaram səni bakir köksümə

Yetər ki, aç "xalta”nı intihar eləmə!”

İntihar eləmə!

                                    


                  
             
Sərdar   06.08.2011

Oxunub: 597 | Əlavə etdi: Serdar | Reytinq: 5.0/1
Bütün şərhlər: 5
0  
5 Ayka   (02.12.2011 03:28) [Yazı]
Mehman bey, realligi qebul ede - ede bu gune qalmishiq. Ne ise deyishmeye chalishin! Aciz olmayin!

0  
4 Mehman   (02.12.2011 03:28) [Yazı]
Azərbaycan kişilərinnin bu xasiyyəti olub və həmişə olacaq. mən bunu tərəfdarı deyiləm.amma reallığı qəbul edək.

0  
3 Yeter   (02.12.2011 03:26) [Yazı]
Sen dahisen, canim!

0  
2 Aynure   (02.12.2011 03:25) [Yazı]
Çox gözel şeirdir... Serdar, gözel üreyin var senin...

0  
1 Ziyali   (02.12.2011 03:24) [Yazı]
Bala, sen şairsen!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Design by: CT © 2024




Бесплатный конструктор сайтов - uCoz