Sərdar Tağıyev
Səni sevən
gözləri
indi yaşları yuyur.
Kaşki həmən gözləri
yaş əvvəldən yuyaydı
Səni yaxşı görəydim
Sənsə narahat olma!
Gözümdə yaşayırsan,
o üzdən yuyulursan.
Səni unudammayan
bütün hüceyrələrmi
siqaretlə cəzalandırıram
Tüstüsü burnumdan çıxır
Sən ağlımdan çıxmırsan...
Siqaretlər xəsisdi
Az verir tüstüsünü
Sən verən dərddən fərqli
Gəl
birin də sən yandır
Alışqan lazım deyil,
Yandır köksümnən yandır.
Utanman lazım deyil
Dur elə yanımda dur
Çək elə yanımda çək!
Külqabı lazım deyil
Külünü başıma tök.
Hər gecəmdə
bir işıq.
Bu gecəmdə siqaret
Sənli düşüncələrin
işığı belə bəsit,
zəif, öləziyən .
Bütün siqaretlərimin qatili sənsən!
Böyük
siqaretimsən
Sinəmə də düşmürsən
Çəkib qurtara bilmirəm
Nədəki, ata bilmiriəm
Qadanla
qidalandım,
qidalandım gecələr.
Daha mən acımaram.
Sənsizliyə mənsizlik
arzuladım gecələr.
Gecələr ay gecələr
amma, mən bacarmaram.
|