Bazar, 24.11.2024, 00:41

Yaza doğru...

Ana səhifə | Qeydiyyat | Giriş
Arxiv
Təqvim
«  Dekabr 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Sayğac

Ümumi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Ana səhifə » 2011 » Dekabr » 2 » Qarın ağarda bilmədiyi QARA...
02:27
Qarın ağarda bilmədiyi QARA...

Qar çox şeylərin üstünü örtür. Yaxşıların da, pislərin də.

Bir gün əməlli-başlı qar yağmışdı. Növbəti sujetim qarla bağlı idi. Daha doğrusu qarın yaratdığı pozitiv təəssüratla. Qərara aldım ki, sujetimi əvvəl böyüklərin ilk qara münasibətindən başlayım. Kimə yaxınlaşdımsa hamısı qarı qarğadı. Suyu süzülə-süzülə ümidimi uşaqlara bağladım. Dedim, qar ən azından uşaqlarda qayğı yox duyğu yaradar. Uşaqlığımı xatırladım... Qar yağanda səhərdən axşama kimi ayaqlarım islanmış vəziyyətdə, kəndin dik yerlərindən aşağı sürüşərdik. Qarın əriyəcəyindən ehtiyyat edib, fürsəti boşa vermirdik. Ac qarına, yarı çılpaq- yarı örtülü vəziyyətdə, qardan həzz almağı bacarırdıq. Hələ bir dostum var idi, şalvarı islandığına görə anası onu evə salıb "şortik” geyindirmişdi. Anasının gözü o yana olan kimi qardaş şortiklə çıxmışdı meydana. Yanı çılpaq olduğundan qara sürtülə-sürtülə qızarırdı, amma, yanaqları da həzzdən qızarırdı. Axşama yaxın analar çubuq qarşısında bizi güclü evlərə salardı. Kimini şillələyə şillələyə, kimini danlaya-danlaya paltarlarını dəyişər qarınlarımızı doyurardı. Axşam da yaşda böyüklər çıxardı sürüşməyə.

Gecə bir neçə dəfə pəncərədən qarın vəziyyətini yoxlayardıq. Səhər dərsdə oturduqda belə yenə də qar təəssüratları bizi tərk edməzdi.O, qədər əzizdir ki, mənə bu təəssüratlar elə bilirəm hazırda bütün uşaqlar da mənim o zaman keçirdiyim hissləri keçirir. Odur ki, bu sujetə ümidlə getdim. Uşaqların ola biləcəyi yerlərə göz gəzdirdim. Uşaq tapa bilmədim. Axı belə şey olmaz! Necə olur ki, qar uşaqları bayıra sürükləmir. O hansı hissdir, hansı səbəbdir ki, bu təsirdən güclü olsun. Çox maraqlı idi. Amma, belə acı səbəb olacağına inanmırdım.

          Şəhərin küçələrini dolaşdım, uşaqla rastlaşmadım. Yol aldım parka. Dedim parkda olarlar hər halda. İlk baxışdan burada da qara diqqət edən, şənlənən uşaq görmədim. Bütün uşaqlar yolla, laqeyd qocalar kimi hərəkət edirdi. Lap istədim yaxınlaşıb soruşam ki, a balam, bəlkə mən sarsaqlamışam, yağan qardı? Elə bu zaman şam ağacının altında qarla oynayan uşaq gördüm. Əyilimişdi. Əlləri qarda idi. Əlcək belə yox idi donan əllərində. Elə bil məcbur idi bu işə. Dedim, axxx, qəhramanım! Bax belə. Mikrofonumu aça-aça, sevinə-sevinə uşağın yanına getdim. Operatorumu başa saldım ki, bir az da yaradıcı çəksin bu gözəl mənzərəni. Uşağa çatdıqda o ayağa qalxdı. 8-10 yaşlı oğlan uşağı idi. Üzü qap-qara idi...Qara batmış əlləri də qara idi. Durduqda bir əlində boş günəbaxan qutusu, digər əlində isə böyük qartopuya bənzəyən zibil topladığı ağ sellofan var idi.

Uzaqdan, əlində əynindəki ətək rəngində süpürgəsini nəzərə almasaq, skafandrlı kosmonaftı xatırladan qadın qışqırdı:

-         Nə istəyirsiz uşaqdan?

-         ...

-         Hə?

-         ...heç nə xala.

-         Əli, tez bura gəl, zibillərin üsrtünü qar örtür.

                                                                   Sərdar Tağıyev     2011

Oxunub: 525 | Əlavə etdi: Serdar | Reytinq: 5.0/1
Bütün şərhlər: 1
0  
1 feminist   (10.01.2012 22:04) [Yazı]
beledeeee

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Design by: CT © 2024




Бесплатный конструктор сайтов - uCoz