Onun da saçları sarı idi
Ancaq, ona görə
sevmirəm payızı!
Payız ilin ahıl çağıdı
Yarpaqlar insan saçı tək rəngini dəyişir bu fəsildə
Bütün fəsillər gözünün qarşısındadı
Bəlkə də, nəticənin rəngidi qızılı – qırmızı...
Bəlkə də buna görə sevirəm payızı
Sanki, bütün insanlar payızda yaşa dolur
Yarpaqlar başını buta kimi aşağı dikir
Yox, yox payızda yarpaq olmur, xəzəl olur.
Duyğuludur, göylər onda göz yaşı tökür
Özü gəlir,
lazım olmur qaranquş , baharqızı...
Bəlkə də, buna görə sevirəm payızı.
Hər şeyi yerə yaxın edir
Yarpağı xəzan buludu duman edir
Bir işi də yaman edir
Bağlı olur, bəzi insanlar kimi yalnız uzaqdan vüqarlı görünən dağların üzü.
Həm də buna görə sevirəm payızı.
Sərdar Tağıyev 2011-in payızı