Bazar, 24.11.2024, 00:19

Yaza doğru...

Ana səhifə | Qeydiyyat | Giriş
Arxiv
Təqvim
«  Dekabr 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Sayğac

Ümumi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Ana səhifə » 2011 » Dekabr » 2 » Ledi Qaqa və Bahəddin
01:52
Ledi Qaqa və Bahəddin
Bir yana baxanda, yüksək inkişaf tempini yaşayan ölkələrlə 
həmahəng, yanaşı gedə bilməməyimizin də əhəmiyyəti var. Yəni, Amerika, Avropada baş verənlərin bizə çatması üçün müəyyən vaxt tələb olunur. Nə hoqqa var, əvvəl onların başına gəlir. Bu da bizə imkan verir ki, baş verənləri analiz edək, daha yaxşısını seçək. Necə ki, vaxtilə Avropa müşayət etdi, nəticə çıxardı, inkişaf etdi. Amma, biz nə edirik?
         Bizim qalmqdan iy verən mənəvi dəyərlərimiz var ki, bu gün bir çoxlarının "keyfinə soğan doğrayır”, bəzilərin qarşısını sədd kimi kəsir. Amma, bu dəyərlər tərkibində elə elementlər də var ki, onlar bir çoxlarının qürur mənbəyidir, həyatının mənasıdır. Bu elementlərdən biri də kişilik etolonudur. Düzdür, bu elementi etolalon adlandrmaq elə də düzgün deyil. Çünki, artıq, bu element insanlar üçün nisbi hal alıb, müxtəlif insanlar üçün müxtəlif məna kəsb edir. Amma, babalarımız üçün kişilik etalonunun əsas mənası,ərlik, qürurluluq, güclülük, dönməzlik olub. Bu etalon demokratik fikirlərin demək olar ki, əksidir. Demokratiyanın əsas göstəricilərindən biri odur ki, insanlar istədiyi tərzdə düşünə və yaşaya bilər. Təbii ki, bu tərz başqa birisi üçün problem yaratmırsa. Bundan yararlanaraq, hətta cinsini dəyişən, həttalar həttası, öz həmcinsi ilə evlənənlər də var. Neyləyək, bizə mane olmurlar, öz həyatlarını yaşayırlar. Bu hal da, bir çoxlarının "keyfinə soğan doğrayır”, kimlərinsə qarşısnı sədd kimi kəsir, kimlərinsə qürur mənbəyi, həyatının mənasıdır. Subyektiv fikrimi bildirirəm: Kişi olan kəs həm də bioloji cəhətdən kişi olmalıdır.(Düzdür, hər bioloji cəhətdən kişi olanı, kişi adlandırmaq olmaz). Əyər  kimsə bunu bacarmırsa, sadəcə taleyi ilə barışa və barışmaya bilər. Bu durumu ilə fəxr edənlər üçün də münbit şəraiti "demokratiya dayı” yaradıb.  Bu da öz işləridir. Ən azından biz seçməyə qadirik. Amma, bu qadirliyimiz də fərqlidir. Yəni, elə insanlar var ki, onlar leqal və qeyri-leqal vəkillərimizdir. Onların fikri toplumun fikri sayılır. Bu qrup insanlara münsiflər də aiddir. Demək istədiyim budur:
        Azərbaycan kanallarının birində, Türkiyədə ən çox izlənən verilişlərdən olan,(çox güman ki, beynəlxalq layihədir) "Yetenek sizsiniz Türkiye” verilişinin azərbaycan variantı olan "Kim nə bacarır?” layihəsi yayımlanır. Qonaqlıqda olduğum zaman bu şounu izlədim. Münsiflərdən biri əməkdar artist Elçin Həmidov idi. Biri gəlib mahnı yamsıladı. Dedi mənim janrım budur. Mahnı bitənə qədər qız idi, bitəndən sonra oldu oğlan. (Amma, o, sanki, az öncə ki, vəziyyətinə görə yox sonrakı durumuna görə sıxılırdı.)Ledi Qaqanı yamsıladı. Daha doğrusu yamsılamağa çalışdı. Amma, onda xüsusi bacarıq gözə çarpmırdı. Sadəcə fiziki görünüşü qıza oxşayan və bu oxşarlığı öz xoşu ilə bir az da artıran birisi idi. Bu şəxs Elçin Həmidov tərəfindən kifayət qədər alqışlandı. Ondan sonra səhnəyə çıxan 11 yaşlı Bahəddinə münasibət isə fərqli oldu. O, demək olar ki, qəbul olunmadı. Çünki, o, 1000 dəfə "jim” eləməyi bacarırdı.(Bunu özü deyirdi) Əlləri üstə pilləkənləri qalxıb enməyi bacarırdı və s. Bu aktyorluq müsabiqəsi deyildi. Bu ölkə əhalisi tərəfindən maraqla qarşılanan bir layihə idi. Yetişməkdə olan nəslin götürəcəkləri idi bunlar. "Ledi qaqalar” yetişdiririk, bahaddinlərə, bahadırlara, pəhləvanlara isə yox deyirik. Görəsən bunu nəyin nəticəsi olaraq, qəbul edirik. "ledi qaqaşlar” nümunə olası insanlar deyil məncə. Demokratiya fonunda ledi qaqalara meydan yaradırıqsa, bunu bahaddinlarin boğazından kəsərək eləməyək. Əks halda sabah heç kim bahaddin olmağa çalışmayacaq, çünki, o, cəmiyyət tərəfindən sayqıyla qarşılanan insan tipi deyi. Bu baxımdam ledi qaqa obrazı sevilən, seçilən bəyəniləndir. Belə olduqda ildən ilə, ledi qaqalarımızın sayı artacaq.
               Bəxtiyar Vahabzadə "Riyakar” şerində, Azərbaycan dili müəllimi olan və oğluna ana dilini əhəmiyyətsiz buyurub, xarici dil öyrədən atanı belə qorxudur:
                                                              
   Üzünə dursaydı yediyin çörək,
   Rəzil olduğunu sən də qanardın.
   Dilimi dansaydım mən də sənin tək,
   Sən kimə dərs deyib pul qazanardın?

Ay aidiyyatı insanlar, indi hər şey bir yana. Tutaq ki, siz deyən oldu. Yəni ledi qaqaları artırdıq. A balam, axı ledi qaqalara da bahəddinlar lazımdı. Bahəddini nəzərə almırsız, almayın, heç olmasa ledi qaqanızı düşünün də!

P.S  Deyirlər ölənin sözünü danışmazlar. Yazı yazılanda E. Həmidov sağ idi.

                                                                    Sərdar Tağıyev 
Oxunub: 737 | Əlavə etdi: Serdar | Reytinq: 0.0/0
Bütün şərhlər: 1
0  
1 MINA   (02.12.2011 01:54) [Yazı]
Day denen kishinin bashini ssen yemisen de ))

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Design by: CT © 2024




Бесплатный конструктор сайтов - uCoz