Bazar, 24.11.2024, 00:35

Yaza doğru...

Ana səhifə | Qeydiyyat | Giriş
Arxiv
Təqvim
«  Dekabr 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Sayğac

Ümumi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Ana səhifə » 2011 » Dekabr » 2 » Göy – qara səmalı xəyallarım...
02:23
Göy – qara səmalı xəyallarım...

Səni duyanadək uzaqlaşan qatar 

səsindənxoşum gəlirdi, 

"sonra” sözündən gedən zəhləm qədər.

İndi isə müəmmaları sevirəm.

 



Sev məni indi!

Mən səni ölənədək sevəcəm demirəm,

bəlkə, sabah ölürəm!

onda sevgim bir günlük olar ki!

Sev məni indi!

Mən səni həmişə sevəcəm söz verirəm.

Oxşa qara saçlarımı!

Mən saçlarını ağaranda da oxşayacam.

Özümə oxşayacam...

 

Mənimçün piano çalarsan!

Bu zaman ürəyim pianonun dilləri üstündə olur, bilirsən?

Ancaq, payıza köklənən pianonda mənə yaz notları çalmağa çalışma!

Payızda yarpaq olmur, xəzəl olur -  bunu mənə başa salmağa çalışma, bilirəm.

Mən elə payızı sevirəm.

 

Niyə qəmginsən? qəm yemə!

Arzularımı danışıram sənə, üzülmə!

Hər şey yaxşı olacaq!

Bir fermamız olacaq

yanı yarpız olacaq

Mal – qaramız olacaq,

ağ atımız olacaq,

övladlarımız olacaq

biri oglan biri qız olacaq.

Onlara Latın dilini öyrədərik.

Fermamızın dalında qarğıdalı əkərik.

Yekəbaş sərçələr bizə öyrəşib yeyərlər qarğıdalılardan

Utanmazlar yavaş – yavaş yekələn qarınlarından

Həyatları mənasızlaşar rahatlıqdan...

Elə bu zaman oglumuz böyüyər

sərçələrə daş atar

həyata məna qatar.

Bax!

Ürəyindən incəmi?

Söylə tellər incəmi, yoxsa sənin ürəyin

İncəlmisən, zərifsən

Üzülmək nə gərəyin?

 

Pıçıldayım, mənə daha yaxın olasan deyə?

Gələsən lap yanıma "NƏ?” deyə - deyə.

Deyirəm ki, mənimlə futbola da baxarsanmı?

qarğıdalı yeyə - yeyə.

 

Hərdən qucaqlayaram belini, baxarıq üfüqə, uzaqlara...

Ancaq, bu an narıncı paltar geyinərsən.

Səmamız da əsrarəngiz olacaq:  göy – qara!

                               Sərdar Tağıyev   2011

Oxunub: 674 | Əlavə etdi: Serdar | Reytinq: 5.0/1
Bütün şərhlər: 1
0  
1 Ayka   (02.12.2011 03:15) [Yazı]
payiz sevgisi ile yaza dogru nece gedeceksen, ay Serdar. Amma, ela sherdi.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Design by: CT © 2024




Бесплатный конструктор сайтов - uCoz