Bazar, 24.11.2024, 00:55

Yaza doğru...

Ana səhifə | Qeydiyyat | Giriş
Arxiv
Təqvim
«  Dekabr 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Sayğac

Ümumi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Ana səhifə » 2011 » Dekabr » 2 » Cırtdanın nağılı
02:31
Cırtdanın nağılı

Nağıl, böyüklərin etibarlarından sui istifadə edərək uşaqlara dürtdükləri həyatdı.

     
Biri var idi, biri yox idi... Uşaqlara ilk cümlədən, bu həyatda bir şeyi tapdıqda digərinə möhtac qalmağın normal hal olduğu anladılır.

        Cırtdanın nənəsi, odun gətirməyə gedən uşaqlara rüşvət (pendir çörək) verərək Cırtdanı onlara tapşırır. Uşaqlar razılaşır. Yolda Cırtdan başlayır "saçok”luq eləməyə. Deyir məni belinizdə aparın! Nənəm sizə loğma verib. Uşaqlar "loğma boğmadı” məsəlini rəhbər tutaraq Cırtdanı mindirirlər boyunlarına. Bu minvalla Cırtdan uşaqları bir tikə pendir çörəyin müqabilində "eşşşəh kimi” işlədir. Onlara odun yığdırır, şələ bağladır və i.a. , və s. Uşaqlar da Cırtdanın əməllərinə (üzr istəmirəm) uzunqulaq kimi əməl edir. Söhbətin maraqlı məqamı indi başlayır. Hava qaralır. Uşaqlar gəlib çıxır yol ayrıcına. Ayrılan yolların birindən işıq, digərindən it səsi gəlir. Uşaqlardan biri deyir: 

-         İt hürən tərəfə gedək!

O biri deyir:

 - Yox, işıq gələn tərəfə gedək!

Elə bu zaman onlar əsl azərbaycanlısayaq qərar qəbul edir. Bu ana kimi heç bir mərd, nümunəvi əməli ilə yadda qalmayan Cırtdandan məsləhət alırlar. 

-         Cırtdan, hansı tərəfə gedək?

-         İşıq gələn tərəfə gedək! İt hürən tərəfə getsək it bizi qapar!

Boyunlarında gəlib, odununu onlara yığdıran, şələsini onların belinə yükləyən hansısa bir "cırtdan”, komandanın kapitanı seçilir. Niyə? O hansı əməlinə görə lider seçilir?

Göründüyü kimi Cırtdan, ona verilən sualdan sonra durumu ələ alır. Deyim hansı "keyfiyyət”i ilə? "Basıb – bağlamaq” bacarığı ilə. Çünki, onun seçdiyi yolu ondan qabaq da təklif edən olmuşdu. Ancaq, ondan fərqli əsassız arqument gətirməyi bacarmamaışdı. Bu da onu təbliğ edir ki, əsas nə danışmaq deyil, əsas danışmaqdı! Çünki, sonda Cırtdanın seçdiyi yol da uğurlu alınmır. Gedib divin evinə çıxır. 

      Div Azərbaycan nağıllarında qəhrəmana əks olan obrazdı. Əslində bu obrazda hiyləgərlik, məkr və digər bu kimi mənfi əməllər özünü ehtiva etməlidi. Ancaq, diqqət edin bizim qəhrəmanımız necə düşmənə hazırlaşdırılır? Düşmənimiz xəlbirlə su gətirməyin mümkün olub olmadığını bilməyən, çayı keçmək üçün düşmənindən məsləhət alan və bu məsləhət sonrası dəyirman daşını boynuna keçirərək özünü çaya atacaq qədər axmaqdı. Demək bizim düşmənimiz yoxdu. Nağılda təbliğ  olunur ki, sizə mane olana cırtdansayaq absurd məsləhət verməniz kifayətdi. O, başını aşağı salıb sizin boşboğazlığınıza uyacaq. Bu keçərlidi. Ancaq, ruhu "Cırtdanın nağılı” ilə yoğrulanlar üçün. Yəni bu badalağı ancaq, özümüzə ata bilərik. Nağılımız bizi düşmənizə qarşı mübarizə aparmağa yox özümüzə düşmən qazanmağa kömək edir.

Çarə olaraq iki yolumuz qalır: Ya nağılımızı dəyişməliyik, ya da bütün dünyanı bu nağıla inandırmalıyıq.

P.S. Bəlkə, nağıl danışdığımız kifayətdi?

Oxunub: 2739 | Əlavə etdi: Serdar | Reytinq: 5.0/2
Bütün şərhlər: 8
0  
8 Cirtdan   (02.12.2011 03:21) [Yazı]
Maraxli yazidir! Tesekkurler, Serdar muellime!

0  
7 Sahbaz   (02.12.2011 03:21) [Yazı]
Daha nagillara inanmiram men...

0  
6 Shey   (02.12.2011 03:20) [Yazı]
Zamin Hacinin bu movzuda bir yazisi var idi. Ancaq, o yazida Zamin Cirtdana haqq qazandirmishdi. Sen gozel yanashmisan. Nece diqqet eleyirsiz e bele sheylere

0  
5 Zad   (02.12.2011 03:19) [Yazı]
Shey ki, shey! Zamini gor kiminle muqayise edir! Bir agilli shey yaz da! Duzdu bu ushaq da yaxshi yazib. Ancaq, Zamine chatmagina var!

0  
4 Zada protiv...   (02.12.2011 03:18) [Yazı]
Serdar demishken.Esas ne yazmaq deyil esas yazmaqdi....Zaminin ana betninde oyrenmeyib ki.Serdar gelecekde Zaminden de yaxshi yazacaq..Inshallah...Sen zad deyilsene MIZsan....

0  
3 Cefer   (02.12.2011 03:18) [Yazı]
Dostlar, zəhmət olmasa, şərh yazarkən əxlaq normalarına riayət edin. Unutmayın ki, yazdığınız hər şərh qarşı tərəfdə sizə qarşı pis fikir formalaşdıra bilər. Sərdar Tağıyevin yazılarına bu qədər qısqanclıqla yanaşmaq olmaz. Elə bilməyin ki, bu niklərin altında kimin gizləndiyini bilmirik.

0  
2 Zad   (02.12.2011 03:17) [Yazı]
Zada bir protiv var o da sheydi. Men demedim Serdar pis yazib! Eslinde men bu yazini chox yuksek qiymetlendirirem. Chox lezzet eledi. Bu oglanda istedad gucludu.

0  
1 Man Qurd   (02.12.2011 03:16) [Yazı]
Sayta "Zerkalniy" tarixdə qoyulmasinin da yeri var!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Design by: CT © 2024




Бесплатный конструктор сайтов - uCoz