Bu dodaqdəyməzi, adına və soyadına dəfələrlə dodaq dəyən direktorum Məhsim Məhsimova həsr edirəm. Tər güllər
tərləyir şehli olanda
Yel əsir düz üstə düz yaza doğru
Gözünə gün düşən asqıran uşaq,
Əl altdan dikilən göz yaza doğru
Dodaq həsrət
qalan sözlər az olur
Qış gec qurtaranda sonu yaz olur
Qarsız yer üstündə insan az olur
qoya-qoya gedə iz yaza doğru
Yaz, sənə
oxşayır o, da yazandı
Ona aid sözlər dodaqlanandı
Şair olan kəsə guya asandı,
dodaq saxlayaraq söz yaza doğru!?
Sərdar Tağıyev 24.03.2012
|