Bazar, 24.11.2024, 00:59

Yaza doğru...

Ana səhifə | Qeydiyyat | Giriş
Arxiv
Təqvim
«  Dekabr 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Sayğac

Ümumi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Ana səhifə » 2011 » Dekabr » 2 » Yaxşı ki, pirlər də olsa var
01:27
Yaxşı ki, pirlər də olsa var

Azərbaycanın bir sıra yerlərində pirlərə rast gəlmək olar. Bunlar insan, xəstəlik və.s adlarla tanınır. Belə yerlərdə əslində kimlərin və nələrin yatdığını və ya yatmadığını demək olar, heç kim bilmir. Pir sözünün mənası ocaq, qoca, sözlərindən törənib. Söz pirlərdən düşmüşkən, əsas məsələyə keçməzdən əvvəl bir əhvalat nəql edəcəm.
         Hər gün səhər avtomobili ilə şəhərə gələn, axşam kəndə qayıdan Xanəmir əhd edir ki, bu yolu salamat gəldiyi qədər, yol kənarındakı pirə bir manat sədəqə qoyacaq. Beləliklə sürücünün gündəlik sədəqəsindən xəbər tutan digər kənd sakini Amil şansı qaçırmır, hər gün maşının səs küyü ötən kimi bir manat qabağa düşür. Beləliklə günlər keçir, gəlir qış. Həmişə axşam saat doqquzda kəndə çatan Xanəmir yenə də doqquzda kənddə olur. Amma, qış gündüzlərinin qısalığı Amili bezdirir. Gecənin qaranlığında yatmayıb Xanəmirin manatını əmmək yavaş-yavaş çətinləşir. Günlərin bir günü Xanəmir lap "ağını çıxarır”. Gecə saat 11 olur, gəlib çıxmır. Bunu görən Amil soyunub girir yatağına. Elə bu vaxt uzaqdan maşın səsi gəlir. Paltarını geyinməyə tənbəllik edən Amil, elə alt paltarıyla düşür aşağı. Avtomobilin hələ  uzaqda olduğunu biləndə, soyuqdan qorunmaq üçün girir pirin həyətindəki otağa. Xanəmir pirə çatıb adəti üzrə manatını qoyur daşın üstünə. Bu arada Amilə soyuq amili "nəyi var” təsir edir. Zalım balası səbirsizlik edib gecənin bu vaxtı ağ alt paltarı ilə, buqələmun kimi çıxır pulu götürməyə. Bu məznərəni görən –  təzəcə sükan arxasına keçən Xanəmirin anasından əmdiyi süd gəlir burnundan. Kişi maşını xodlayıb aradan çıxanadək ağlı çıxır başından. Kənddə onsuz da son günlər sarsaqlayan Xanəmiri, bu əhvalatı danışdıqdan sonra lap maymaq sayırlar. Xanəmirin və ya Amilin İslama nə qədər yaxın oduqlarını bilməsəm də, onu bilirəm ki, bu dində daşa, ağaca ümumiyyətlə Allahdan başqasına sitayiş günahdır. Yəni, bu din təkallahlılığı təbliğ edir və sitayiş yalnız Allaha olunmalıdır. Amma, insanlar arsında pirlərdən uşaq, həyat yoldaşı, sağlamlıq diləyənlər az deyil. Bunun nə qədər düzgün olub olmadığını, Allahdan başqa Qurani-Kərimi oxuyan bəndələr də bilir.  
            Eşitdiyimə görə bu yaxınlarda təsadüfən piri qazan bir şəxs buradan dəfinə tapıb. Bundan sonra həmişə pirin yanından keçəndə nə isə pıçıldayan, əlini üzünə sürtən bəzi insanlar etməyib tənbəllik, bu vaxta kimi piri görəndə saqqalına sürtüyü əlini indi sürtüb belinə. Yox, səhv başa düşdünüz. Yəni, əlinə bel alıb, başlayıb pirləri qazmağa.
         Keçək əsas məsələyə. Müşahidə etdiyim digər bir neçə mənzərə məni vadar edir deyim ki, yaxşı ki, pirlər də olsa var.
         Bir gün taksidə gedirdim. Sürücü musiqinin səsini o qədər artırmışdı ki, qulaqlarım cingildəyirdi. Taksi sürücüsü digər sərnişinlə adəti üzrə ürəkbulandıran söyüşlərlə müşayət olunan, qışqırıqlardan ibarət "söhbət” edirdi. Bu azmış kimi avtomobilin sürəti də təhlükəli durumda idi. Vəziyyətdən təsirlənən zəhləmin getməsinə az qalmışdı ki, gördüm hər şey düzəldi. Musiqi söndü, sürət düşdü, söyüşlərə və qışqırığa bir suss! Dedim yol polislərinin  Allah canın sağ eləsin. Yəqin qabağda radar var. Radar görmədikdə soruşmaq istədim ki, bu nə "anormal” haldır, gördüm sürücüylə müştəri dallarını qaldırıb, üzlərinə əl çəkdi. Vəziyyəti anlayıb yan yövrəyə baxdım. Yolun kənarında əskilər bağlanmış ağac vardı. Yəni pir. Dedim əyər burada kimsə yatıbsa Allahdan ona rəhmət, yox əyər dəfinə varsa tapılmazlıq arzulayıram. Yoxsa bu bu gözəl ənənə məhv olar. Təsadüfi deyil ki, yolların pir yerləşən hissələrində demək olar ki, avtomobil qəzası baş vermir. İkinci mənzərə:
         Bir kəndə toya gedirdim. İstidən bir təhər olmuşdum. Yol yoldaşımdan soruşdum ki, a balam, kənd ağaclıq, sərinlik olar, bu nə vəziyyətdir? Kəndli isə bildirdi ki, həmkəndliləri yaramaz adamlardır. Ağacları qurusuna yaşına baxmayaraq qırıblar. Bir az da getdik, nəhəng qoşa ağaclara rast gəldik. Dedim, nəəcəb bu boyda ağaclar gözdən iraq qala bilib? Kəndli dedi: Əstəğfurullah, bura pirdir. Özü də deyilənə görə bu ağacların 500 ildən artıq yaşı var. Xan çinarlardır. Pirin yaxınlığında toy məclisi qurulmur ki, insanlar nalayiq sözlər deyər dava edər, günah olar. Bundan əlavə insanlar pirin yaxınlığında söhbət qurduqda həmişə bunu gözəl istiqamətə ünvanlayır.
         Pirlərin insanlara növbəti xeyiri isə xeyirxahlıqla bağlıdır. Cibləri dolu ürəkləri daş olan bi sıra insanlar var ki, pirlər bu insanların ürəklərinə rəhm gətirir. Bir başa imkanlılardan yardım görməyən kasıb fağır insanlar pirlərin əliylə onların ciblərdən pul götürür. İnanıram ki, Xanəmir və Amil əhvalatının təsadüfi olduğuna şübhəniz yoxdur. Pir amilinin təsiri nəticəsində əsrlərlə yaşayan tarixi abidələri, insanlar tərəfindən zəbt olunmayan – nəticədə xam örüş sahələri kimi əraziləri demirəm.
        Kiçik bir əhvalatı da sonda ərməğan eləmək istəyirəm. Bir müəllim məktəblə evlərini birləşdirən yolun üstündə olan ağacların qırıldığını görüb, maraqlı bir tədbir görür. Hər səhər dərsə gedəndə, köhnə alt paltarını, digər lazımsız parçaları ağaclardan birinin budağına bağlayır. Beləliklə,digər ağacları kəsən insanlar, əskili ağaca qıymağa cürət eləmir, "övliyanın cəddi”ndən qorxur. Müəllim deyir ki, indi yolu ötəndə sərinlik tapmır. Düzdür ağac yerindədir. Sərinliyi də var. Amma, sərinliyindən müəllim istifadə edə bilmir. Kişi and içir ki, əyaltdə yaşamasına baxmayaraq, hətta paytaxdan gələrək, yaratdığı "piri ziyarət edirlər”. Pirlərin təbiətin, əxlaqın qorunmasında formalaşdırdığı qaydalar ən azından azğınlaşan insanların vəhşilikləri üçün müəyyən sərhdələr yaradır.
         Nə yaxşı olar ki, bir çox insanlar pirlərin yaxınlığından keçəndə məhdudlaşdırdıqları naqisliklərini həmişəlik yox etsinlər. Çünki, elə onların müqəddəs kitabı olan Qurani-Kərimdə Allahın insanlara şah damarları qədər yaxın olduğu göstərilir. Yəqin ki, pirlərə sayqı göstərənlər, Allaha biganə deyillər.
                                                                      Sərdar Tağıyev
Oxunub: 530 | Əlavə etdi: Serdar | Reytinq: 5.0/1
Bütün şərhlər: 2
0  
2 Postmodernist   (02.12.2011 01:31) [Yazı]
Qelet de elemek olmaz!

0  
1 A   (02.12.2011 01:30) [Yazı]
Pirlere hormetsizlik etmek olmaz!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Design by: CT © 2024




Бесплатный конструктор сайтов - uCoz