kitabı saxlayan şair əlini kobudcasına müəyyən fo
rmalarda durduraraq çəkirdi. Bəzi verilişlərdə şou əhlini bu duruma salırlar . Bu zaman onların üzündə də hırışmalar müşahidə olunar. Amma, şairdə belə deyildi. Bəlkə də bu hərəkətlətin məqsədini a
nlamırdı. Lakin, o, dılğır kameranın qaranlıq böyük qüvvəsindən xəbərsiz də deyildi. Bəlkə də şair, televiziyaya "lüt” gəlib kamera qarşından birbaşa şəxsi avtomobilinin sükanının arxasına keçən insanlardan xəbərsiz deyildi. Ona görə belə edirdi ki, indi televiziyadan çıxıb, qoltuğunda kitab, çiyinlərində qunduz dərisi əvəzinə qayğılarla addımlamağın daşını atsın.
Şair baba elə düşünürsənsə yanılırsan. Çünki, axmaqlar kitab oxumur ki, sən maşın alasan. Heç oxuyan da deyil. Ölkədə oxuyanlar müğənillərdir, qulaq asanları da onlara maşın aldıracaq səviyyədə(dir) çoxdur.
Sərdar Tağıyev