İlk baxışdan hər şey yaxşıdı
Günün istənilən saatı gələn var – gedən var. Gəlmir bura peşman ağrılı adamlar, Gələnlər, şad – xürrəm insanlardı. Gözünü ehtiras bağlayan "qonaqlar”dı, Onlar bu küçədə pislik bacarmır. Burada soyğunçuluq oğurluq qeydə alınmır. Bura gələn pullu adamlardı. "Qonaqlar” bədbəxt olduqlarını bilmir.
Ona görə bu küçəyə bədbəxt adam gəlmir.
Burada yaşayanların da pulu var, dolanışığı yaxşıdı. Onlar üçün fərqi yoxdu, hava istidi, yağışdı... Amma, bura xəyanətin dəhşətini duyanlarçın cəhənnmədi Burada daha böyük olur kişilərin xəyanəti Başqa küçələrdən fərqli burda çoxdur xəyanətə obyekt ÖZGƏ QADIN, ARAQ, SİQARET...
Bura bədbəxtiyi duyanlarçın cəhənnəmdi Fahişələr uşaqları qarğımağa söyüş tapmır, Söyüş bitib... Sevin dirmək üçün isə yeganə çarə: " – Məryəm, bax əmi sənə nə alıb! – Ura! ura...” Bundan sonra qıfıl səsi... Oyuncaq cığıltısı... çarpayı cırıltısı... Gələn nalə sanki şüuraltıdı, gələcəydə səslənəcək haraydı Küçə şeytan üçün beşik, nalələr lay – laydı.
Bura 5 il sonranı görənlərçün cəhənnəmdi Qoca faişənin gözləri nəmdi... Üzərində sidik qoxusu Üzündə çəkdiyi əzabların doğurduğu cəhənnəm qorxusu.
Bəlkə də fahişələr fərli kişilərə qismət olmayan qadınlardı. Əks təqdirdə onlar da bacarıqlı, sağlam, maraqlı, qadınlar olardı Ona görə də əsl bədbəxtlik o tayda qalır: Kişiləri bu küçədə tükənən qadınlardan ibarət YENİ FAHİŞƏLƏR KÜÇƏSİ YARANIR.
Sərdar Tağıyev
|