İnsan hər şeyin nəticəsini, sonunu görmək istəyir. Məşhur şüar var:
- Bu işlərin axırı necə
olacaq?
Görən işlərin axırı niyə bu qədər maraqlıdı? Guya ki, baş verən
olayın sonunu öyrənərək ondan ibrət almaq istəyirik? Ancaq, bu istək heç vaxt
baş tutmur. Biz təskinlik tapıb toxtasaq da, özümüzü aldadırıq. Çünki həyatda
biri biriylə eyni olan qum dənəsi yoxdur, qaldıkı eyni sonuclanan iki hadisə.
Bu istək maraqdan doğur. Bu maraq isə SONu doğurur. Sonu görmək arzusu bizi
SONa çatdırır. Deyəsən xurafat danışdım. Ancaq, çətinliklə də olsa fikrimi
əsaslandırmağa çalışacam.
Məlum
olmaq adiləşmək, adiləşmək maraqsızlaşmaq, maraqsızlaşmaq məhv olmaqdı!
İnsan bir musiqiyə dəfələrlə qulaq asdıqda ( nə qədər sevdiyi musiqi
olsa belə) ondan bezir. Buna səbəb həmin musiqinin ona tam məlumlaşmasıdı.
Məlum olanın maraqsızlaşmasının elmi əsası var. İnsan beyni təkrardan
süstləşir. Buna misal olaraq ana balasını yatızdırarkən təkrar – təkrar onun
belini vurmasını və lay – lay deyərək onu yuxuya verməsini göstərmək olar. Uşaq
yorğun olanda ana laylasından mışıl – mışıl yuxuya dalar, yorğun deyilsə böyük narazılıqla vurnuxar.
Çünki bu zaman onun beyni fərqli nə isə
görmək istəyir. Təkrar ana laylası ona əzab verir. Həyatda hər şey məlum
olduqda – insanlar fərqli nə isə tapılmadıqda, baxdıqları hər yerdə, duyduqları
hər şeydə təkrarla rastlaşdıqda bu
onlara əzab verəcək. İnsanlar qəzəbli olacaq. Ülvi hisslər tükənəcək, onlar
qəribəlik və fərqlilik naminə ağıla sığmaz işlər görəcək. Zatən bu işlər start
götürüb. Məsələn :
Bütün canlılar əks cinsin nümayəndəsi ilə yaxınlığa meyillidi. Bu
istək elə bir həzz ilə bağlıdır ki, canlılar o həzzi başqa durumda yaşaya
bilmir. Canlıların "ali”si insan da həmçinin. Yəqin ki, bu həzz həyatın davamlı
olması üçün yaranıb. Bəlkə də iki fərd arasındakı cinsi əlaqə dediyim həzzlə
müşayət olunmasaydı heç kim bu işə baş qoşmazdı. Ancaq... Artıq bir sıra
kişilər qadınla, eyni zamanda bəzi qadınlar kişiylə münasibətdən həzz ala
bilmir. Və bu münasibətdən boyun qaçıraraq həzzi ayrı məkanlarda axtarır.
Nəticədə oral seks, homoseksuallıq, lesbianlıq və digər qeyri ənənəvi cinsi
münasibətlər artır. (belə münasibətin heyvanlarda rast gəlinməsini, dediyimin
inkarı kimi görənlər bir az səmimi olsun! Çünki, bunlar ayrı səbəblərdən
yaranır. Homoseksualizmin tarixinin qədim olduğunu deyənlərə də onu bildirmək
istəyirəm ki, söhbət bu halın kütləviləşməsindən gedir.) Nə qədər
homosekuallığın insan hüquqları çərçivəsinə salsaq da, bunu qəbul etməliyik ki,
mahiyyət etibarı ilə bu hal həyatın qapanmasıdı. Bu da adiləşmənin və məhv
olmanın kiçik nümunəsidi.
İnsanları mobil
telefon vasitəsilə izləmək mümkündü. Əgər, üstündə müəyyən əlaqə aparatı varsa
sənin yerini bilmək, danışığını dinləmək və s. mümkündü. Bu zaman bir sıra
şəxsi saydıqların arzulamadığın "ortağın”la şərik malındı. XXI əsrin
başlanğıcında yaşayırıq. Artıq, sadaladığım və bundan artıqları mümkündü. Kim
zəmanət verir ki, 2 min filanınci ildə hansı isə bir "ürək aparatı” çıxmayacaq və
o aparatla kimin ürəyi varsa həmin insanın bütün varidatı ümumi olmayacaq?! O
zaman insanlar gizli heç nə edə bilməyəcək. Hətta, qeyrətli bir cütlüyün
arasındakı, gizli saxlamağa çalışdıqları
intim əlaqə belə kimlər üçünsə aşkar olacaq.
Həyatda hər şeyin nəhayəti
var.
İnsan həmişə irəli, daha yüksəkə can atır. Bu istək sonu
yaxınlaşdırır. Çünki həyatda nəhayətsiz məhfum yoxdur. Bu yüksəkliyin də sonu
var. Bərk qaçan finişə tez çatır. Bu
inkişafla sona tez çatacayıq. İnsanlar üçün hər şeyin məlum olduğu gün sondu.
Bir çox məqamların ifrat dərəcədə aydınlığı digər məqamların məhv olması
deməkdir. Daha nə qalıb ki, aydınlaşmayan? Daha nə qalıb aydınlaşıb məhv
olmayan? Artıq həyat marağını itirir. (Bu meqopolislərdə - inkişafın,
qloballaşmanın daha çox nəzərə çarpdığı məkanlarda aydın görünür. Meksikada
ölümə gülmək yarışı keçirilib). Həmişə daha maraqlısını axtarmaq, tapmadıqda
bezərək ağlasığmaz işlər görmək insan əməli deyilmi? Həyatda qəribə yırtıqlar
üzə çıxır. Artıq təbiət insan qarşısında acizdir. Onun yaşatmaq potensialı
tükənir. Biz isə bu potensialdan ildən – ilə daha çox istifadə edirik. Həm maddi,
həm də mənəvi potensialdan.
Sadə bir dünya vətəndaşı kimi üzümü aidiyyatı insanlara tutub ürəyimi
bir az boşaldacam:
Bəzən alimlərdən zəhləm gedir. Fəaliyyətini dondurmaq istəyirəm
onların! Bütün sirrləri açaraq əlçatmazları adiləşdirən, onları orta məktəb
şagirdinin belə anlayacağı tərzə gətirib dərslik halına salanların! "Hə! Mən
bunu kəşf etdim, bunları qazandım!” Axı sən bərbad etdiklərinindən xəbərin
varmı, alim?!
Bəşəriyyət Albert Eynşteynin zəncirvari reaksiyaların
kəşfinin uğurundan danışır. Ancaq,
əksəriyyətimiz düşünmürük ki, bu kəşf bütün
dünyanın məhvini bir insan əlindən asıllı hala salıb. Kim zəmanət verir ki, bir
xəstə təxəyyüllü amerikan, artıq qadınla cinsi əlaqəyə girmək bacarığının
tükəndiyini gördükdə və həkilmər daha bu bacarığının bərpa olunmayacağını
dedikdə, iki şüşə viski içib dünyanı məhv etmək gücündə olan bir bombanı
aktivləşdirməyəcək! Bu qədər sadə olarmı milyonlarla yaşı olan dünyanın məhvi?
Nə olsun ki, siz fərqli düşüncə tərzinə
maliksiz! Nə olsun ki, siz bir çoxlarımızın görmədiklərini görürsüz! İndi
görürsüz sizin də görmədikləriniz şeylər var həyatda?! Adama deyərlər tüpürüm
sənin həyatın boyu qazandıqlarına! Elə bilirsən ki, kəşflərin insanlar
tərəfindən daim alqışlanacaq, ruhuna dualar oxunacaq? GORBAGOR OLASAN
SƏNİ! Vaxt gələcək səni hamı lənətləyəcək. Yapdıqlarının törətdiklərinə
çarə tapılmayacaq, insanlar nə edəcəyini bilməyəcək. Ruhun rahat olayacaq.
İnsanlar səni gorbagor edəcək!
Ancaq onu da bilirəm ki, sən olmasaydın da sənin ağıllı fikirlərini həyata
keçirmək üçün başqa biri tapılacaqdı. Tutduğun bu işə görə sağlığında etdiyin
peşmançılıq da bir işə yaramadı. O da həqiqətdi ki, sən Eynşteyn olduğun üçün, bu
kəşfinin acı nəticələr yaradacağını elə o vaxt dərk etdin və peşman oldun.
Sənin məhsulunun istifadəçiləri XXI əsrdə yaşasalar da nəinki peşman olur,
hətta, işlərindən həzz alır.
Meqaproblemin
yaranmasını sürətləndirən sadə insanlar deyil. Alimlər... Bəlkə də sərxoş ola
bilsəydim alimlərin keçəl başlarını ürəyimdən tikan çıxanadək şillələyərdim.
Axı bunlar qoca dünyadan nə istəyir? Onu axtalayır, bölür, sadələşdirir. Axı
belə olduqda çox şeylər mahiyyətini itirir. Mahiyyətsizlikdən qorxmursuz? Nəyə
nail olmaq istəyirsiz? Məğlub etmək istəyirsiz qoca dünyanı? Zəhmət çəkməyin!
Bunu artıq bacarmısız. Miçurin qardaşınızın şüarı (təbiətdən mərhəmət gözləmək lazım
deyil. Biz onu özümüz almalıyıq.) ilə dünyanı döndərmisiz aksioma. Artıq,
isbata ehtiyyacı olan bir şey qalmayıb. Dünyanın vəkiliyəm. Savaşa girmisizsə
məğlubiyyətini elan edirəm dünyanın. Bu yazımı da AĞ BAYRAQ olaraq qəbul edin!
Mənim üçün sehirli dünya maraqlıdı. Mən qat – qat sirrlərdən ibarət olan dünyada yaşamaq
istəyirəm. Amandı, axı mən də bu dünyanın sakiniyəm. Dünyamı adiləşdirməyin!
Mən "yaşaya – yaşaya” məhv olmaq istəmirəm!!!
Sual yaranır: Bu
prosesi dayandırmaq mümkündürmü? Axı bu insan əməlidi. İnsan yaranandan təkamül
prosesi olub. Sadədən mürəkkəbə.
Acınacaqlısı odur ki, biz sadə təkamülü keçmişik. Bu ifrat təkamüldü.
Halbu ki, bələkə də bizim dövr üçün bir az uzaqgörən olub, sadə təkamülü
ləngitmək lazımdı. Yuxarıda demişdim bu sadə insanların əməli deyil. Sonu
görməyi hamı istəyir. Ancaq, sonu görmək bacarığı bəzi ağıllı, bəlkə də "ağıllı”
adamlardadı. Ona görə də bunun qarşısını insan iradəsi, insan uzaqgörənliyi ala
bilər. (Biz isə hələki, ETT-dən ağızdolusu danışırıq.)
Bəlkə də, bacarığımızdan
istifadə edərək əlçatmazları alçaldıb altımıza salmasaq, hər qara işıqlı yeri
ağartmasaq buna nail ola bilərik!
Yox əgər dünyanı açıb
ağartmaq istəyiriksə, bu işlərin necə olacağını görmək istəyiriksə - bu dünya
bir MÖCÜZƏDİR! Möcüzəni də açmaq mümkündü. Ancaq belədə o məhv olur... Çünki möcüzə
mözüzə olaraq mövcuddur. Əks halda o yoxdu.